Çaylarda suyun səviyyəsi ilə bağlı son durum - ETSN

Baxış sayı:
8122

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan az olmaqla onun 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az olmaqla 50-60, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 60-100 faizini təşkil edir. Departamentdən bildiriblər ki, iyunun 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 335 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 56 faizinə bərabərdir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 131 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 67 faizini təşkil edir. Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 11 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 149 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 66 faizini təşkil edir. İyunun 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 467 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 12 santimetr azalaraq 259 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 10 santimetr azalıb və 284 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 5 santimetr azalaraq 235 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 santimetr azalaraq 232 santimetrə bərabər olub.