​Çaylarda suyun səviyyəsi dəyişdi

Baxış sayı:
274

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-190, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, aprelin 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 415 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 374 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 45 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 150 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma qeydə alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində 16 sm artım müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 sm (2017-ci il aprelin 20-də 416 sm), Şirvanda 251 sm (2017-ci il aprelin 20-də 305 sm), Salyanda 177 sm (2017-ci il aprelin 20-də 235 sm), Bankədə 167 sm (2017-ci il aprelin 20-də 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2017-ci il aprelin 20-də 116 sm) təşkil edib.