Çay sakinlərin gözü önündə yox oldu! - “Qiyamətin başlanğıcıdır?!.” - VİDEO

Baxış sayı:
10171

Üç gün öncə İndoneziyada Babadan kəndinin sakinləri çayın görünməmiş sürətlə yerin altına axmağa başladığını müşahidə ediblər və  guya çay bir neçə saat ərzində həmin quyuya axaraq yox olub.
 Muxalifet.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. Məlumata görə, fevralın əvvəlində çayın altında bir çüxur meydana gəldiyi görünüb və o, tədricən genişlənməyə başlayıb.
 Olayın video-görüntülərinin Təbii Fəlakətlərlə Mübarizə  üzrə Milli Agentliyin yerli şöbəsinin əməkdaşları tərəfindən paylaşıldığı  bildirilir.
 Artıq internetdə bir çox istifadəçilər təşvişə düşüb. Onlar iddia edir ki, bu, həmin kənd sakinlərinin Allahın buyruqlarına uyğun yaşamamasına görə bir cəzadır və Qiyamətin başlanğıcıdır...
 Xatırladaq ki, 2018-ci ildə Meksikada oxşar vəziyyət yaranıb. Su  hövzəsinin dibində çökmə meydana gəlib və bunun nəticəsində su yerin altına axıb. Getdikcə belə təbii hadisələr daha çox baş verir…