Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlandı

Baxış sayı:
458

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd edilib ki, Çavuşoğlu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, həmçinin həmkarı Ceyhun Bayramovla görüşəcək. Daha sonra Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü olacaq.
Çavuşoğlunun Bakıda gürcüstanlı həmkarı ilə ikitərəfli görüş keçirməsi planlaşdırılır.
Görüşlər zamanı ölkələr arasındakı münasibətlər və regional mövzular, strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatda müzakirə ediləcək.