Çavuşoğlundan “S-400 və F-35” açıqlaması

Baxış sayı:
4666

Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu gündəmlə bağlı mövzular haqqında açıqlama verib.
 
S-400 və F-35-lə bağlı məsələlərə toxunan Çavuşoğlu bu fikirləri söyləyib:
 
ABŞ İLƏ S-400 GƏRGİNLİYİ
 
“Trampın mətbuatın qarşısında ikili görüşdə bunu açıqca söyləməsi baxımından əhəmiyyətli idi. Təşkil etdiyi mətbuat konfransında da vurğulaması əhəmiyyətli idi. ABŞ-da fərqli təşkilatlardan fərqli səslər gəlir. Hörmətli Tramp bu mövzunun Obama dövrünün səhvi olduğunu dəfələrlə söyləmişdir, amma Tramp iş başına gəldiyi zaman “Patriot” almaq niyyətimizi yazılı şəkildə ABŞ-a çatdırdıq. Bizə 6 ay sonra cavab gəldi. Bunu yalnız Obama dövrünə yıxmayaq. Trampın rəhbərlik etdiyi iki ildə də bizə “Patriot” ilə əlaqəli müsbət bir şey deyilmədi. Trampın bu açıqlamasının da Konqresə də təsir etdiyi görülür. Biz diplomatik yollarla həll etmək istəyirik. Biz S-400-ü alacağıq. Daha sakit bir mühitdə bu proses işləyir.
Prezidentin səlahiyyətində olan şeylər var, təxirə salma kimi və ya CAATSA qanunu kimi Konqresdən keçən razılaşma var. Burada siyahı var, o ola bilər. Burada dəqiq bir qərar yoxdur. Müzakirə edirik. Bizim ortaq komissiya təklifi ilə ortaq fikir mübadiləsi oldu.
S-400 müdafiə sistemidir, hücum sistemi deyil. Fövqəladə bir vəziyyət olduğu zaman dövrəyə girəcək. Durduğu yerdə S-400-lər niyə dövrəyə girsin ki.. Çünki xərci çox yüksəkdir. Türkiyənin havadan müdafiə sisteminə ehtiyacı var. Ancaq NATO ölkələrindən xahiş edirik. NATO-nun bu mövzudakı mövqeyi müəyyəndir. S-400-lər fövqəladə vəziyyətdə istifadə ediləcək bir sistemdir. Təhvil verilmə tarixi iyulun ortalarına doğru danışıldı. Dəqiq tarixini buradakı yoldaşlarımız və Rusiyadakı əlaqədar kəslər birlikdə qərar verəcək.
 
F-35
 
Tramp F-35 mövzusunda da fikirini açıq və dəqiq söylədi. Görüşdə Trampın özü də söylədi, belə şey olarmı, bir ölkə ortağımızdır F-35-də, pulunu verəcək, amma ala bilməyəcək, deyə. Hər şey Trampın söylədiyi kimi olacaq deyə optimist olmağa da ehtiyac yoxdur. Təmkinliyik”.
Müxalifət.az