Çavuşoğlundan MÜNBİÇ AÇIQLAMASI

Baxış sayı:
1171

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Silahlı Qüvvələrinin(TSQ) ABŞ ilə varılan anlaşma çərçivəsində Münbiçin ətrafına yerləşdiyini, tezliklə şəhərin içinə də giriləcəyini və Münbiçin terrordan təmizləyəcəyini deyib
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Silahlı Qüvvələrinin(TSQ) Suriyanın Münbiç bölgəsinə daxil olmasına yönəlik açıqlama verib.
ABŞ ilə müəyyən olunan yol xəritəsinin icrasına başlandığını söyləyən Çavuşoğlu, "Hazırda əsgərimiz Münbiçin içində deyillər, amma Münbiçin içinə də girəcəyik. Bu yol xəritəsini hələlik burada tətbiq edirik, daha sonra digər şəhərlərə keçəcəyik. Məqsədimiz YPG-ni bu bölgələrdən çıxarmaqdır. Buraları kimlərin idarə edəcəyinə dair birgə çalışacağıq. Xeyirli olsun, hərəkətlilik başlayıb. Bizim əsgərlərimiz yola çıxdığı zaman arxası da gəlir. Münbiç ən qısa zamanda PKK və YPG-dən təmizlənəcək". deyə, bildirib.
Müxalifət.az