Çavuşoğlundan “milli pul” açıqlaması: Dollar sıxışdırılır

Baxış sayı:
1159

Türkiyənin xarici işlər naziri Çavuşoğlu, "Yalnız Venesuela ilə deyil, digər ölkələrlə də ikitərəfli ticarət əlaqələrimizdə yerli pul vahidlərini istifadə etmək istəyirik" deyib.
 
Nazir Çavuşoğlu, "ABŞ rəhbərliyi dolları bir hücum və təzyiq vasitəsi kimi istifadə etdiyi üçün digər ölkələr aralarındakı ticarətdə yerli pulları istifadə etmək istəyir. Heç bir ölkənin pul vahidinə qarşı deyilik, ancaq pul vahidləri, digər ölkə iqtisadiyyatlarına hücum vasitəsi kimi istifadə edilməməlidir" deyib.
Çavuşoğlu, Türkiyənin də ABŞ-ın hədəfi oldununu deyərək, "Türkiyə də qısa zaman öncə hədəf oldu, ancaq çox güclü dayandı və iqtisadiyyatı daha sabit etmək üçün lazımlı bütün iqtisadi tədbirləri aldı" deyə, bildirib.
Müxalifət.az