Çavuşoğlundan Makrona sərt təpki: Türkiyəyə təzyiq davam edir

Baxış sayı:
8338

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü elan edən qətnaməni təsdiq etməsilə bağlı "Bu qərarın bizim üçün heç bir etibarlılığı yoxdur. Bu məsələdə biz də lazımi tədbirləri onsuz da alacağıq. Bununla bağlı Ankarada bəzi cəhdləri başladıq" deyib.
 
Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü elan edən qətnaməni təsdiq etməsi haqqındakı sualı qiymətləndirən Çavuşoğlu, Fransa Konstitusiya Məhkəməsinin daha öncə iki dəfə bu mövzuda verdiyi qərarın siyasətçilərin belə qərarlar verməməsi lazım olduğu istiqamətində olduğunu xatırladıb.
Avropa İnsan Haqları Məhkəməsinin də bu məsələdə dəqiq qərarları olduğunu dilə gətirən Çavuşoğlu, "Buna baxmayaraq niyə Makron belə qərarlar qəbul edir? Populizmdir. Başqa bir şey deyil" deyə söyləyib.
Müxalifət.az