Çavuşoğlundan Bərzaninin nümayəndəsinə çağırış: TÜRKİYƏYƏ GƏLMƏ

 Xarici işlər Naziri Mövlud Çavuşoğlu: Kürdüstan (Bərzaninin lideri olduğu) Demokrat Partiyasının (KDP) nümayəndəsinə zəng edib "Türkiyəyə gəlmə" deyildi.
 
Müxalifət.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraq Kürd Regional Rəhbərliyinin (IKBY) keçirdiyi referenduma dair, "Kürdüstan Demokrat Partiyasının (KDP) nümayəndəsi burada olsaydı ölkəni tərk et deyəcəkdik. Hazırda onsuz da Ərbildə olduğu üçün “gəlmə qardaşım deyildi", İfadəsini işlətdi.
Hərbi təlimlərə də münasibət bildirən Çavuşoğlunun fikrincə, ehtiyac duyulduqda bu cür birgə təlimlər önəmlidir: “Biz ehtiyac duyduğumuz zaman burada İraqın suverenliyi mühümdür. İraq dövlətinin hökumətinin bizi dəvət etməsi də mühümdür. Ancaq başqa istisna hallar da var. Bizə İraqdan bir təhdid, bir hücum gəldiyi zaman PKK-nın yerləşdiyi yerlərə biz çox əməliyyatlar keçirdik. Bu beynəlxalq hüquqdan doğan haqqımızdır. Amma bir ölkənin içərisinə hərbi olaraq girməyimiz üçün o ölkədən dəvət gəlməsi lazımdır. Burada da bizim tərəfkeşimiz Bağdaddır”.
Müxalifət.az