Çavuşoğludan Qətərlə bağlı vacib - Görüş

Türkiyənin Qətər böhranını həll etmək istiqamətində səyləri davam edir.
 
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının və BƏƏ-nin Ankaradakı səfirləri ilə görüşüb.
Görüş zamanı Qətər böhranının həlli müzakirə olunub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.