Çavuşoğludan ABŞ-ın İrana sanksiyası ilə bağlı açıqlama

Baxış sayı:
5773

ABŞ-ın İrana tətbiq etməyə başladığı sanksiyalara dair bir suala Çavuşoğlu, "Sanksiyalarla hər hansı bir nəticə əldə ediləcəyinə inanmırıq. Sanksiyaların yerinə mənalı dialoq və görüşlərin daha münasib olduğunu hesab edirəm. Bu, bizim prinsipial mövqeyimiz" deyə bildirib.
 
Çavuşoğlu, Türkiyənin İrana qonşu olduğunu və bu ölkədən təbii qaz və neft aldığını xatırladaraq, Yaponiya, o cümlədən Türkiyə kimi ölkələrin sanksiyalar səbəbindən enerji mənbələrini şaxələndirməsinin o qədər də asan olmadığını qeyd edib.
Nazir Çavuşoğlu, həmçinin İranı küncə sıxışdırmağın və təcrid etməyin ağıllı olmadığını, əksinə, təhlükəli olduğunu, İran xalqını cəzalandırmanın da ədalətli olmadığını deyib.
İran ilə sanksiyalar əvəzinə razılaşma çərçivəsində məqbul həllin tapölmasına ümid etdiklərini dilə gətirən Çavuşoğlu, "Yalnız qonşu ölkələr deyil, dünyanın bir çox bölgəsindən də çox sayda ölkə, ABŞ-ın bu tək tərəfli sanksiyalarından əziyyət çəkir" deyib.
Müxalifət.az