​Çavuşoğlu: Ümid edirəm ki, ABŞ anladı...

Baxış sayı:
2032

ABŞ ümid edirəm anladı ki, təzyiqlə Türkiyədən nəticə gözləmək olmaz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Londonda jurnalistlərə açıqlamasında deyib. Çavuşoğlu amerikalı rahib Endryu Bransonun sərbəst buraxılması ilə bağlı danışıb:
"Mənim vətəndaşımın və ya başqasının vətəndaşı fərq etmir. Türkiyədən gedib Almaniyada cinayət törədən vətəndaşlarımız var. Bu ola bilər. Bəzən qəza olur, bəzən cinayət törətmiş olurlar. ABŞ ümid edirəm anladı, təzyiqlə Türkiyədən nəticə əldə etmək mümkün deyil. Məhkəmə qərarlarına əməl edilməlidir”.
Çavuşoğlu itkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçının tapılması üçün Ər-Riyadın təklifi ilə ortaq iş qrupunun yaradılması məsələsinin gündəmdə olduğunu bildirib:
“Bütün dünya bu məsələyə diqqət edir. Ortada itkin düşən bir şəxs var. Hər kəsin həssaslıq göstərməsi təbiidir. Sadəcə ingilislər deyil, hər kəs bu məsələnin aydınlaşdırılmasını istəyir”.