​Çavuşoğlu: "Türkiyə NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir"

"Son zamanlar NATO müttəfiqimiz olan ölkələrin bəziləri bəsit silahlar da daxil olmaqla, ehtiyacımız olan müdafiə sistemlərini Türkiyəyə verməmək üçün ciddi dirəniş göstərirlər. Biz hava hücumundan müdafiə sistemi qurmalıyıq. Müttəfiqlərimizdən ala blmirik. O zaman başqa yerdən almaq məcburiyyətindəyik. Təcili ehtiyacımız var".
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 10-cu Türkiyə-İtaliya Forumunun qapanış mərasimində çıxışında deyib.
Nazir Türkiyənin Avropa və NATO-dan uzaqlaşaraq Rusiyaya yaxınlaşması barədə fikirlərin doğru olmadığını bildirib: "Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə-Rusiya əlaqələri pozulanda bir çox Avropa ölkəsi əlaqələrin bərpasının zəruriliyini bildirirdi. İndi isə iki ölkənin yaxınlaşması tənqid olunur. Türkiyə Avropa və NATO-dan uzaqlaşıb, Rusiyaya doğru getmir, belə bir şey yoxdur. Türkiyə başqa istiqamətə sürüşmür, Avropa ölkələri ilə problemimiz yoxdur".
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri almağa hazırlaşır./apa/