​Çavuşoğlu rusiyalı pilotun həyat yoldaşından üzr istəməyə hazırdır

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın “Su-24” hərbi təyyarəsinin ölən pilotunun həyat yoldaşından üzr istəməyə hazır olduğunu bildirib.
M. Çavuşoğlu bunu Rusiyanın “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Rusiya xarici işlər naziri Sergey Lavrova da demişəm ki, əgər ölən rusiyalı pilotun xanımı razılıq versə, üzr istəmək və başsağlığı vermək üçün ona baş çəkmək istərdim”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 2015-ci ilin payızında Türkiyə qırıcı təyyarəsi Suriya-Türkiyə sərhədini keçən Rusiya hərbi təyyarəsinə raket zərbəsi endirib. Nəticədə “Su-24” tipli hərbi təyyarənin pilotu Oleq Peşkov və Konstantin Muraxtin katapult edib. K. Muraxtin xilas olsa da, O. Peşkov suriyalı müxaliflər tərəfindən güllələnib. Sonra rus pilotun cəsədi müxaliflərdən alınaraq təyyarə ilə Rusiyaya göndərilib. O. Peşkov Rusiya Qəhrəmanı adına layiq görülüb. Bu il iyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda baş vermiş hadisə ilə əlaqədar üzrhaqlıq edib(apa).