​Çavuşoğlu Lavrova zəng etdi: təyyarə qəzası...

Baxış sayı:
2143

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrova zəng edib.
Muxalifet.az xəbər verir ki, Çavuşoğlu Аn-148 sərnişin təyyarəsinin qəzaya uğramasına görə Lavrova başsağlığı verərək, Rusiya xalqının kədərini bölüşdüklərini bildirib.
Qeyd edək ki, bu gün Rusiyanın Аn-148 sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.