Çavuşoğlu İdlib planının iç üzünü açdı

Baxış sayı:
5413

Almaniya xarici işlər naziri Heiko Maas ilə birlikdə mətbuat konfransı keçirən Mövlud Çavuşoğlu, İdlibə edilən hücumlar, Türkiyənin məsələ ilə bağlı mövqeyi və ortaya çıxa biləcək qaçqın problemilə bağlı açıqlamalar verib.
 
Çavuşoğlu, hücumlar davam edərsə 2 milyon qaçqının İdlibdən fərqli istiqamətlərə doğru hərəkət edəcəyini və bu insanların hansı ölkələrə gedəcəyinin müəyyən olmayacağı barədə xəbərdarlıq edib.

RUSYA VƏ İRANLA İDLİBİ DANIŞIRIQ

Çavuşoğlu belə deyib:
Rejimin İdlibi ələ keçirmək istədiyi bəllidir. Təbii rejimin təminatçıları var: Rusiya və İran.
Rusiya və İranla İdlib məsələsində təmaslarımızı davam etdiririk. Əsgərlərimiz və xüsusi xidmətlərimiz arasında da görüşlər oldu. İran xarici işlər naziri ötən həftə Ankarada idi. Başlıca olaraq İdlibi danışdıq.
 
CİDDİ BİR RİSK DAŞIYIR, NƏTİCƏ FƏLAKƏT OLAR
 
Təəssüf ki, dünən hücumlar oldu. Bu hücumların məqsədi İdlibi ələ keçirməkdir. Bu, ciddi bir risk daşıyır. Bunun nəticəsi təhlükəsizlik və humanitar baxımdan bir fəlakət olar.
 
PLAN ƏVVƏLDƏN MƏLUM İDİ! BU QRUPLARI NİYƏ İDLİBƏ GƏTİRDİNİZ?
 
Radikal qruplar, terrorçu qruplar, Türkiyə tərəfindən bölgəyə gətirilmədi. Bu qruplara qarşı olsaydınız, o zaman Hələbdən, Xüms, Şərq Gutadan, hətta cənubdan bu terrorçu qrupları niyə İdlibə gətirdiniz? Hətta koridor açaraq, onların silahları ilə bərabər niyə bura qədər gəlməsinə icazə verdiniz.
Əvvəldən plan məlum idi. Bu qruplar İdlibə gələcək, sonra bunların burada olmasını bəhanə edərək, buranı ələ keçirmək üçün hücum ediləcək.
 
HÜCUM SONRASI RUSİYA İLƏ DANIŞIQLARIMIZ OLDU
 
İdlibə təcavüzdən sonra Rusiya ilə, müvafiq qurumlarımız arasında danışıqlar oldu. Bunların yanlış olduğunu dedik
 
TÜRKİYE-RUSYA-İRAN\" DANIŞIQLARINI POZMAQ İSTƏYƏN ÖLKƏLƏR VAR
 
Diğər tərəfdən yenə, bu üçtərəfli formatdakı cəhdlərimizi baltalamaq istəyən, burada varacaq anlaşmaya mane olmaq istəyən bəzi qrupların da, hətta bəzi ölkələrin də təxribat içərisində olduğunu görürük.
Biz Almaniyayla Suriya məsələsində eyni mövqedə dayandıq. Və Almaniyanın bu prosesdə göstərdiyi səmimi mövqe təqdirəlayiqdir, verdiyi dəstək önəmlidir.
Astanada, İdliblə bağlı bir qərarın çıxması üçün səylərimizi davam etdirəcəyik.

Müxalifət.az