Çavuşoğlu çıxış etdi, fransızlar zalı tərk etdi

Baxış sayı:
8755

Antalyada keçirilən NATO Parlament Assambleyasının 99-ci Rose-Roth Seminarı və Aralıq dənizi Orta Şərq Xüsusi Qrupunun Birgə İclasında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Soyqırım və tarix məsələsində Türkiyəyə dərs verən ən son ölkə Fransadır. Çünki Ruandada, Əlcəzairdə olanları unutmamışıq.

Fransa əvvəl öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməyə qalxmasın. Sizlər belə yüksəkdən baxmağa davam edərsəniz, biz də sizə bu şəkildə həddinizi bildirməyə davam edəcəyik. Keçmiş Türkiyə yoxdur artıq, layiq olduğunuz cavabı alacaqsınız. Siz özünüzü üstün görməyə davam edin, bu rəftarı qəbul etməyən, doğruları söyləyən bir Türkiyə var” deyib. Çavuşoğlunun sözlərindən sonra Fransanın iki qadın deputatı zalı tərk edib.

Müxalifət.az