Çavuşoğlu bəyan etdi: S-400 və F-35...

Baxış sayı:
8446

Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu S-400-lərin NATO sisteminə uyğunlaşdırılmayacağını və tam Türkiyənin nəzarəti altında olacağını söyləyib.
 
“ABŞ S-400-lərin F-35 üçün təhlükə olduğunu iddia edir. Bu sistem tam Türkiyənin nəzarəti altında olacaq və NATO sistemlərinə inteqrasiya olunmayacaq. ABŞ-ın bu məsələ ilə bağlı iddiaları doğrudursa, S-400-lərin F-35-lərin texnologiyasına çatması lazımdır. Biz ABŞ-a birgə iş qrupu təklif etdik” deyə Çavuşoğlu bildirib.
Müxalifət.az