Çavuşoğlu Bakıya gəlir

Baxış sayı:
3658

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) 14 dekabr tarixində hazırkı sədri Azərbaycanın ev sahibliyi ilə keçiriləcək 39-ci Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya gələcək.
 
Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Nazirlər Şurasının 39-cu görüşündə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, energetika, ekologiya, ticarət, gömrük işləri, mütəşəkkil cinayətkarlıqla mübarizə, kənd təsərrüfatı və mədəniyyət kimi bir çox əməkdaşlıq sahəsində QDİƏT-in son dövrdəki işlərinin qiymətləndiriləcəyi, həmçinin davam edən islahat prosesi çərçivəsində QDİƏT-in daha da layihə yönümlü bir təşkilata çevrilməsi üçün atılacaq əlavə addımlar barədə fikir mübadiləsi aparılacağı qeyd olunub.
Müxalifət.az