Çavuşoğlu: Azərbaycana biz sahib çıxmasaq, onda...
10-02-2019 23:02
Baxış sayı:
2911
Qardaş Azərbaycana sahib çıxmasaq, işğal edilmiş torpaqlarının azad edilməsi üçün çalışmasaq, kim sahib çıxacaq?
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Hazırda Qüdsü Türkiyədən başqa müdafiə edən varmı? Milli və müqəddəs mübarizələrimizə sahib çıxmalıyıq. Biz Orta Asiyada türk birliyi ilə türk dünyasını birləşdirməsək, liderlik etməsək, kim sahib çıxacaq?!", - nazir bildirib.