Çavuşoğlu Avropa Parlamentinin sədrini “ikiüzlü, arxaca danışan” adlandırdı! -“SİZİN YERİNİZƏ XƏCALƏT ÇƏKİRƏM”

Baxış sayı:
7090

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Avropa Parlamentinin prezidenti David-Mariya Sassoli ilə görüşdən sonra onun “Tvitter” hesabındakı həqiqəti təhrif edən açıqlamasına kəskin etirazını bildirib: “Bu, Avropa İttifaqının qeyri-səmimi və ikiüzlü mövqeyinin yeni bir nümunəsidir”.

Mövlud Çavuşoğlu AP başçısının görüşdən sonrakı açıqlamasına sosial media vasitəsilə cavab verib.

“Üzümə demədiklərini...”

Çavuşoğlu yazıb: “Avropa Parlamentinin prezidentinin üzümə qarşı dilə gətirə bilmədiyi məsələləri həqiqətən söyləyibmiş kimi paylaşması Avropa İttifaqının qeyri-səmimi və ikiüzlü mövqeyinin yeni nümunəsidir. Avropa xalqlarını təmsil edən bir şəxsin Aİ qurumunda keçirilən görüşün məzmununu təhrif edərək çatdırdığına görə xəcalət hissi keçirirəm”.

Sassoli nə deyib?

Sassoli öz “Tvitter” hesabındakı açıqlamasında Türkiyə  Silahlı Qüvvələrinin həyata keçirdiyi Barış Bulağı Əməliyyatı və Türkiyənin Şərqi Aralıq dənizində apardığı kəşfiyyat-qazma işləri ilə bağlı tənqidlərini sadalayaraq, bunları Çavuşoğluna bildirdiyini iddia eləmişdi.