Çavuşoğlu açıqladı: “Trampı fikrindən daşındırmaq istəyirlər”

Baxış sayı:
6631

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, NTV-nin canlı yayımında gündəmi dəyərləndirib.
 
Çavuşoğlunun çıxışından sətir başları:
"ABŞ-ın təhlükəsizlik orqanları Trampı fikrindən daşındırmaq istəyir. Bizim narahatçılığımız aydındır, sərhədimizdə bir terror təşkilatı var və bu bizim  təhlükəsizliyimizə təhdiddir.
Bu prosesdə, xüsusilə ABŞ-ın təhlükəsizlik orqanları prezident Trampı bu qərarından şəkindirməyə çalışır. Buna örtük üçün “Türklər Kürdləri öldürməsin” dedilər, bu son dərəcə səhv bir üslubdur, biz insanlara bu üslubdan narahat olduğumuzu söylədik.
Həm çəkilmə qərarı verəcəksiniz, həm də çəkilməmək üçün bəhanə olaraq Türkiyəni də ittiham edəcəksiniz, ABŞ onsuz dediyi sözdən geri çəkilməyə vərdişkar oldu.
Prezidentimizin həmsöhbəti Trampdır, iki dəfə çəkiləcəyini söylədi, Pompeonun “Trampın qərarı qətidir” deməsi əhəmiyyətlidir.
Münbiç yol xəritəsi müvəffəqiyyətli bir şəkildə uygulansaydı və bu, Fəratın şərqinə da tətbiq olunsaydı bu hadisələr də olmazdı.
Böyük bir dövlətin NATO müttəfiqliyimizə və əməkdaşlığımıza baxmayaraq bir terror təşkilatı dəstəkləyən ifadələrlə danışması və bəhanələrə sığınması doğru deyil. Bir dövlət söz verdiyi zaman, bu sözündə dayanmalıdır. Bir lider söz verdiyi zaman, sözünü tutmalıdır".
Müxalifət.az