Cavid Qurbanovun bəh-bəhlə danışdığı "sürət qatarı"na ölkə başçısı niyə minmədi? - ŞOK SƏBƏBLƏR

Baxış sayı:
11161

Bakıdan Gəncəyə, Gəncədən Bakıya mütəmadi yol qət edən vətəndaşlar çox sevincli görünürdü. Çünki illərdən bəri 360 km-lik yolu 8-10 saata gedən sərnişinlər bərbad vəziyyətdə olan dəmiryolu nəqliyyatının çatışmazlıqlarından qurtulmağa ümidli idi. Amma olmadı, alınmadı. Ümidlər yenə puç oldu. 

2018-ci ilin son günlərində “Bakı-Gəncə” sürət qatarı işə düşdü. Vətəndaşlara ən ucuz bilet 15 manata təklif olundu. Keyfiyyət vəd edən “Azərbaycan Dəmir Yolları” QSC biznes klass və birinci klass üçün 50 manat və 100 manat tariflər müəyyənləşdirdi. Təsəvvür edin, 100 manat ödəyirsən ki, paytaxtdan Gəncəyə 4 saat 30 dəqiqə yol gedəsən. Gülünc səslənir elə deyilmi ? Lap olsun, 50 manat, nəhlət şeytana, 15 manat... Təyyarə ilə 50 manata uçmayan, sürət qatarı ilə 50 manata “uçacaq”? Məntiqinizə "quzu kəsmək" lazımdır!  

Image result for cavid qurbanov

Belə götürəndə, Kürdəmirdə “Bığ” restonanında və ya ona oxşar kafe-restoranlarda saxlayan avtobus sürücüləri vaxtlarının 30 dəqiqəsini orada keçirməsələr, yeni xəttə buraxılmış sürət qatarından daha tez mənzil başına çatırlar. Nəzərə alsaq ki, avtobusların da içərisində standartlara cavab verməyəni en qədərdir. Yəni, “Bakı-Gəncə” qatarının adı sürət qatarıdırsa, bəs onda əsl sürət qatarı necə olur? 

Diqqətçəkən məqam odur ki, Prezident İlham Əliyev Bakı-Gəncə marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak etmədi. Halbuki, dövlət başçısı "Bakı-Sumqayıt" sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti kəsmişdi. Görünür, Cavid Qurbanovun fəaliyyəti ölkə başçısının ürəyincə olmadığından, o da son tədbirə qatılmadı. 

Image result for Bakı Gəncə sürət qatarı

Heç şübhəsiz əhali arasında yeni ilin ilk günləri həm də “Bakı-Gəncə sürət qatarı yolda qaldı” tipli xəbərlərlə yadda qaldı. Qurumun hadisə ilə bağlı açıqlaması hadisədən daha maraqlı oldu: 

“Hava çox küləkli idi, ona görə elektrik xətlərində nasazlıq yarandı və ... Və qatar dayandı”. 

Image result for Bakı Gəncə sürət qatarı

Nəysə, sözləri Ramiz Rövşənə aid mahnıda Flora Kərimovanın məşhur ifası yada düşür: “Bu qatarın dalınca baxma”. 

Ötən həftənin statistikası göstərdi ki, sərnişinlər heç də qatarın dalınca baxıb eləmir. Yəni bu reysə və rels üzərində gedən qatara ilgi olduqca azdır. Çünki maraqlarında deyil belə bir “sürət” qatarı və ya surət qatarı./Demokrat.Az