​Cavid Qurbanov Ziya Məmmədovun qardaşını işdən qovdu

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov işdən çıxarılıb. İ.Məmmədov Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi işləyirdi. Rayondakı mənbələrdən azadliq.info-ya verilən məlumata görə, İ.Məmmədov yanvarın 13-də “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edilib.