​CAVİD QURBANOV PREZİDENTİ ALDADIR, YOXSA… – Ötən həftə İlham Əliyev stansiyanın açılışını etmişdi, yenidən təmirə bağlandı

Baxış sayı:
12112

Ötən həftə Prezident İlham Əliyev Sabunçi dəmiryolu vağzalının açılışını etmişdi. Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, açılışda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov təmir haqda məlumat verərək bildirmişdi ki, binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Vağzalda müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb, iki piyada alt keçidi inşa edildiyini, layihə çərçivəsində Sabunçu vağzalında iki yeni platforma salındığöını, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırıldığını bildirmişdi. Amma bu açılışın üstündən heç bir həftə keçməmiş vağzalın platformasında hansısa problemlər üzə çıxıb. Buna görə də, üzlük daşları sökülərək yenidən təmir işlərinə başlanılıb. QSC sədrinin işləri yekunlaşdırmamış dövlət səviyyəsində belə bir açılış mərasimi təşkil etməsi və sonradan təmir işlərinə yenidən başlamasının səbəbi bəlli deyil.