Cavid Qurbanov haqda ŞOK SƏNƏD - "Azərbaycan Dəmir Yolları" QSC sədrinin keçmişi yenidən gündəmdə

“Supernazir” Ramin Quluzadə və “fövqəlnazir” Kəmaləddin Heydərov ötən həftə ardıcıl olaraq ikinci və üçüncü yerləri bölüşüblər

Baxış sayı:
12364

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 01-07 may 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov olmuşdur. “Cavid Qurbanovun qorxduğu sənəd...” - FOTO, “Bakı metrosunda korrupsiya trenajoru'' başlıqlı 2 yazı ümumilikdə 5 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri ölkənin Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Supernazirin xalqa ”Bakinternet” fəlakəti: “Sürət aşağı, xidmət bərbad” başlıqlı məqalənin 4 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda adı ən çox hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “12 ilin naziri, ayrılan milyonlar, köməksiz qalan insanlar…”, “Gömrük Komitəsində Kəmaləddin Heydərov dövrü bitir Gömrük Komitəsində Kəmaləddin Heydərov dövrü bitir” başlıqlı 2 yazının 3 elektron KİV-də yayılması ilə Azərbaycan Respublikası Fövqəlada Hallar Naziri Kəmaləddin Heydərov tutur.

DEPUTATIN ADI KEÇƏN BORC QALMAQALI


Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci və yeganə yeri isə “Şok: audio-video çəkilişlər var...qalmaqallı deputat borcu qaytarmır - Araşdırma” başlıqlı məqalənin 4 saytda yayılması ilə deputat Rəfael Cəbrayılov tutur.

Muxalifet.az