Casus-keşiş Brunson azadlığa buraxıla bilər – İDDİA

Baxış sayı:
3424

“Hürriyət” qəzetinin müəllifi Əbdülqadir Selviə, bugünkü yazısında Amerikalı casus Endryu Brunsonun 12 oktyabrda heç bir ədliyyə nəzarəti şərti olmadan mühakimə olunmaqla sərbəst buraxılacağını iddia edib.
 
Abdülqadir Selvi, bugünkü yazısında Türkiyəni iqtisadi hücumların hədəfinə gətirən səbəblərin aradan qaldırılmağa çalışıldığını qeyd edərək ev həbsində saxlanılan Amerikalı casus Endryu Brunsonun 12 oktyabrda sərbəst buraxılacağını iddia edib.
 
“13 oktyabrda təyyarənin pilləkənlərindən düşərkən görə bilərik”
 
Brunsonun vəkili İsmayıl Cəm Halavurtla danışdığını ifadə edən Selvi "Bu vəziyyətdə 13 oktyabrda Brunsonu ABŞ-da təyyarənin pilləkənlərindən düşərkən görə bilərik" deyib.
Selvinin köşə yazısından bir həssə;
“Türkiyəni iqtisadi böhrana aparan yoldakı minalar bir bir təmizlənməyə çalışılır. ABŞ ilə yaşadığımız böhranın hərəkətvericisi olan Brunson hadisəsində mühüm irəliləyişlər gözlənilir. Brunsonun vəkili İsmayıl Cəm Halavurtla danışdım. 3 oktyabrda Konstitusiya Məhkəməsinə fərdi müraciət edəcəyini təsdiqlədi. Mehmet Altan qərarını əsas göstərərək, Brunson haqqındakı ədliyyə nəzarəti şərtinin götürülməsini tələb edəcək. Həmçinin 12 oktyabrdakı məhkəmədə Brunsonla bağlı qərarın nəticələnməsi gözlənilir. Yəni, törətdiyi cinayətlərdən dolayı məhkumluq verilib, icraatın ədliyyə nəzarəti şərti olmadan davam etməsi kimi. Bu vəziyyətdə 13 oktyabrda Brunsonu ABŞ-da təyyarənin pilləkənlərindən düşərkən görə bilərik".
Müxalifət.az