Canlı yayımda təbii qaz bazarlığı: Putinlə Lukaşenko arasında ilginc dialoq

Baxış sayı:
6673

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt- Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi Birliyi (AEB) toplantısı çərçivəsində keçirilən canlı yayımda Belarusun Rusiyadan idxal etdiyi qazın qiymətini müzakirə edib.
 
Belarusun 1000 kubmetrlik təbii qazı Rusiyadan təxminən 130 dollardan aldığını xatırladan Lukaşenko, "Halbuki düz yanımızdakı Rusiyanın Smolensk bölgəsində təbii qazın qiyməti 1000 kubmetrdə 70 dollar səviyyəsindədir" deyib.
 
Almaniya 250 dollar ödəyir
 
Putin isə Almaniyanın min kubmetr Rus qazına 250 dollar ödədiyinə işarə edərək "Belarus hazırda 129 dollar ödəyir, gələn il 127 dollar ödəyəcək. AİB müttəfiqlərimiz üçün əhəmiyyətli bir üstünlükdür. Belarus bu üstünlüyə malik olmasaydı, qazın qiyməti min kubmetrdə 200 dollar olardı" deyə söyləyib.
Lukaşenko, Putinin hesablamalarının səhv olduğunu deyərək "Belarusdakı həyat şərtləri Almaniyadan daha pisdir. Almaniyaya qarşı birlikdə savaşdıq və sonra xalqımızın vəziyyətində çox yaxşı yöndə bir dəyişiklik olmadı. Almanlar 200 dollar civarında ödəyir, çünki təbii qaz 3 min kilometr daha çox yol keçir" deyə bildirib.
Təbii qaz bazarları qaydaları keçərli olsaydı Belarusun min kubmetr qaza 200 dollar ödəyəcəyi fikrini təkrarlayan Putin, "Bu məsələ ilə bağlı qapılar arxasında təkrar müzakirə edərik" deyib.
Müxalifət.az