Canavarlar 2 kəndə hücum çəkdi

Şəkidə 2 kəndə hücum çəkən canavarlar 18 baş qoyunu parçalayıb.
 
Muxalifet.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında Şəkinin Çeşməli və Öryət kəndlərində baş verib.
Çeşməli kənd sakini Oruc Məmmədovun həyətinə girən canavarlar orada olan 10 baş xırdabuynuzlu heyvanı parçalayıb.
Öryət kəndində isə 2 təsərrüfata girən canavarlar 8 baş qoyunu parçalayıb.
Şəki Rayon Baytarlıq İdarəsinin əməkdaşları ərazilərə baxış keçirib