Canavar sakinlərə hücum edib - SALYANDA

Nazlı Məmmədova və Tahirə Səmədova xəstəxanaya aparılıblar
 
Salyan rayonunda canavar sakinlərə hücum edib.
Hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib.
Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.
Zərərçəkənlər dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanada quduzluq əleyhinə vaksin vurulduqdan və digər tibbi tədbirlər görüldükdən sonra yaralılar ambulator müalicəyə buraxılıb.