Camış 8 yaşlı uşağa ağır xəsarət yetirdi - YEVLAXDA

Baxış sayı:
2980

Yevlax rayonunda camış azyaşlı uşağın üstündən keçərək qarın nahiyəsinə ağır xəsarət yetirib.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Malbinəsi kəndində qeydə alınıb.

Yaralı, 2011-ci il təvəllüdlü Kənan Əlili ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılb və dərhal əməliyyat olunub.

Qarın nahiyəsində dərin kəsikləri olan uşağın kəskin qanaxmasının qarşısı alınıb. Həkimlər 8 yaşlı uşağın vəziyyətini kafi olaraq qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.