“Camalın cəsədini öncə səfirliyin bağçasında basdırmağı düşündüm, amma..." - QAŞIQÇININ QƏTLİ İLƏ BAĞLI ŞOK ETİRAFLAR

Baxış sayı:
4495

Türkiyənin “Sabah” qəzeti jurnalist Camal Qaşıqçı cinayətinin Səudiyyə Ərəbistandakı məhkəməsində baş verən, hər kəsin maraqlandığı gizli həqiqətləri ilk dəfə yazıb.

Musavat.com xəbər verir ki, məhkəmə prosesində baş verənlər Qaşıqçı cinayətinin bu günə qədər heç gün üzünə çıxmamış həqiqətlərini ifşa edib. Amma eyni zamanda sui-qəsd heyətində olanların verdikləri ifadələrdə vəliəhd şahzadə Məhəmməd bin Salmandan başlayaraq cinayətin ən üstdəki personalarını qorumağı, pərdələməyi məqsəd qoyduğunu da göstərir.

Sabah”ın əldə etdiyi yeni məlumatlara görə, jurnalisti öldürən 15 nəfərlik sui-qəsd komandasının lideri Mahir Əbdüləziz Mutreb əslində bir yox, iki nömrə idi və müzakirə qrupunun rəhbəri olub. Bir nömrə isə 15 nəfərlik sui-qəsd komandası ilə birlikdə İstanbula gələn general Mənsur Əbu Hüseyndir. Hüseyin şahzadə Salmanın adamı, həbsdə olan keçmiş kəşfiyyat xidməti rəhbərinin vəkili Əhməd Əl Əsirinin təlimatı ilə Qaşıqçını öldürmək üzrə Kəşfiyyat, Müzakirə və Lojistik adında üç ayrı qrup yaradıb. Mənsur Əbu Hüseyn hər üç qrupa rəhbərlik edirdi.

Riyadda keçirilən 3 yanvar tarixli ilk məhkəmə iclasında Qaşıqçı cinayəti iddiasının prokuroru Mənsur Əbu Hüseyn də daxil olmaqla, aralarında 9 şübhəlinin ifadələrinin bir-biri ilə uyğun gəldiyi, ancaq Asirinin ifadəsinin uyğun gəlmədiyi aydınlaşıb. Prokuror Türk Müşərrəf Əl-Şehri, Vəlid Abdullah əl-Siti, Fehd Şəbib əl-Belevi, Mutreb və Salah Muhammad əl Tubeykiya edam, digərləri üçünsə ağırlaşdırılmış ömürlük cəza tələb edib.

Prokuror bildirib ki, ədliyyə tibb mütəxəssisi olan və Qaşıqçının cəsədini parçalayan Tubeyki ilə Səudiyyə Ərəbistanın İstanbul baş konsulluğundakı özəl heyətdə təmsil olunan Muflif Shaya M.El Muslih xaricindəki bütün təqsirləndirilənlər Səudiyyə Ərəbistanı təhlükəsizlik quruluşunda çalışırlar. Şahidlər ifadələrində cinayəti aydınlaşdıracaq bəzi məlumatlar versələr də, Asiri, Kahtani və Şahzadə Selmanı qorumağa da səy göstərdilər. Təhlükəsizlik xidməti rəhbərinin vəkili Əhməd Əl Asiri ifadəsində aşağıdakıları deyib:

“Mən Mansura Camalı müzakirə yolu ilə razı salaraq gətirmələri təlimatını verdim. Bu vəzifənin rəhbəri olaraq Mansuru təyin etdim. Mənsur təlimatımı yerinə yetirmək üçün Kahtani ilə görüşmək istədi. Mən də onları görüşdürdüm. Camalın zorla gətirilməsi istiqamətində hər hansı bir əmr vermədim”.

Asirinin bu ifadələri şahzadə Salmanın hadisədəki siyasi məsuliyyətini gizlətməyi hədəfləyir. Bu və bunun kimi detallar Mənsur Əbu Hüseynin cinayətdəki rolu haqqında önəmli ip ucları verir və bu yerarxiyanın başında Məhəmməd bin Salmanın yer aldığını göstərir. Buna görə Hüseyn, Salmanın təbliğat işlərinə baxan Suud Əl Kahtanini Mütreb liderliyində Müzakirə qrupu ilə görüşdürüb.

Əbu Hüseyn ifadəsində aşağıdakı etirafları edib: "Asiri məni çağıraraq, lazım gəlsə Camalı güc tətbiq edərək Səudiyyə Ərəbistanına gətirmək təlimatı verdi. Mən də bu vəzifə üçün müzakirə, lojistik və təhlükəsizlik adlı üç qrup qurdum. Səfir Uteybiyə zəng etdim və 15 nəfərlə İstanbula gələcəyimi dedim. Amma detallı məlumat vermədim. Camalın Riyada gəlməyi qəbul etməyəcəyi halda qaçırılacağı etibarlı yerin təmin edilməsi məqsədilə hadisə günündən əvvəl (1 dekabr) bizə yardım edəcək yerli adamlarla görüşmək üçün İstanbua getdim. Ardınca tələbimə əsasən, Asiri məni Kahtani ilə görüşdürdü. Kahtani mənə dedi ki, “Camal Səudiyyə Ərəbistanına düşmən ölkədədir və bəzi təşkilatların ondan istifadəsi üçün uyğun bir vəziyyətə gəlib. Camalı gətirsən, ölkənin xeyri üçün vacib bir uğuru təmin etmiş olacaqsan”.

Görüşdən sonra Tubeykiyə zəng vurdum. Və ona yerinə yetirilməsi vacib olan bir vəzifənin olmasını dedim. Əlavə etdim ki, detalları bir araya gələndə danışacağıq.

Əbu Hüseynin Qaşıqçı cinayətinin təlimat yerarxiyasını ələ verən bu etiraflarında danışdığı prosedurdan sonra dünya təhlükəsizlik, kriminologiya və diplomatiya tarixində görülməmiş barbarlıqları özündə ehtiva edən əməliyyat başlayıb.

“Parçalanmasına qərar verdim”

Edamı istənilən şahidlərdən Mahir Əbdülaziz Mutreb ifadəsində aşağıdakıları deyib: “Cinayətdən əvvəl səfirlik binasını gəzdim. Camal öz istəyi ilə Riyada gəlməyi qəbul etməsə, onu zorla bayıra çıxarmanın çətin olduğu qənaətinə gəldim. Bu səbəbdən də Camalın öldürülməsinə qərar verdim”.

Mutrebin ifadəsinə görə, rəhbərlik etdiyi müzakirə qrupu Səudiyyə Ərəbistanının İstanbul səfirliyindən Qaşıqçı ilə görüş üçün məkan tapılmasını istəyib.

Müzakirə qrupu əslində Qaşıqçıdan Səudiyyə Ərəbistanına qayıtmasını istəməliydi. Onlar eyni zamanda jurnalistdən oğlu Salahla danışaraq yaxın zamanda Səudiyyə Ərəbistanına gələcəyini deməsini tələb ediblər. Amma Qaşıqçı bunu qəbul etməyib. Mutreb Qaşıqçının bir narkotik vasitə ilə öldürüldüyünü iddia etdi: "Camal Qaşıqçı stolun üstündəki dəsmal, iynə və narkotik maddəni görüncə “Bununla nə edəcəksiniz? Yoxsa məni uyuşduracaqsız?” deyə soruşdu. Mən də “Bəli, səni uyuşduracağıq” dedim. Qaşıqçı “Bayırda məni gözləyən bir nişanlım var. Binada uzun müddət qalsam, bu, Səudiyyə Ərəbistanı üçün sıxıntı olar” dedi. Sonra qaçmağa çalışdı. Amma Türki Müşerrif əl-Şehri, Vəlid Abdullahel-Şehri, Fehd Şebib əl-Belevi onu qolundan tutaraq stula otuzdurdu”.

Tubeyki Qaşıqçının sol qoluna ölümünə kifayət edəcək miqdarda, bazarda satışı qadağan olunan, Qahirədən gətirdiyi narkotik maddədən yüksək dozada vurdu. Mutreb ifadəsində bu mərhələdən sonrasını belə danışıb: “Camal öldükdən sonra cəsədi öncə səfirliyin bağçasında basdırmağı düşündüm. Amma bunun sonra ortaya çıxacağından narahat olaraq parçalanması təlimatını verdim”.

Məhəmməd əl Medeni Camal Qaşıqçının geyimlərini geyinərək bayıra çıxıb.

“Cinayətdən sonra kameraları sıradan çıxartdım”

Cinayətdə Qaşıqçının dublyorluğunu edən Məhəmməd Əl Medeni ifadəsində aşağıdakıları deyib: “Camalı səfirlikdən çıxmış kimi göstərmək üçün onun geyimlərini geyindim, eynəyini taxdım. Sultanəhməd Meydanına gedərək bir məscidin ayaqyolunda öz paltarlarımı geyindim. Camalın geyimləri ilə eynəyini zibil yeşiyinə atdım”.

Sui-qəsd komandasında yer alan Məhəmməd Saad Əl Zahrani isə ifadəsində bunları deyib: “Mən sözügedən heyətin lojistik hissəsində idim. Vəzifəm o idi ki, Camal zorla gətirilərsə, bu zaman səfirliyin təhlükəsizlik kameralarını sıradan çıxarım. Cinayət həyata keçiriləndən sonra kameraları sıradan çıxardım. Görüntüləri qeyd edən hard diskləri qıraraq İstanbuldakı müxtəlif zibil qutularına atdım”.

Bu mərhələdən sonra cəsəd qara plastik torbalara qoyulub və onu daha əvvəldən razılaşdıqları, amma kim olduğunu qəsdən açıqlamadıqları bir nəfərə veriblər. Sonuncu da onu İstanbul xaricinə aparmaqla bağlı razılaşıb. Meyidi aparan şəxsin “suriyalı ola biləcəyi” təqsirləndirilən şəxslərin ifadəsində ehtimal olaraq səslənsə də, onlar şüurlu şəkildə və bilərəkdən onun adını açıqlamayıblar.