Camal Qaşıqçı-nın yandırıldığı təndir ilk dəfə görüntüləndi!

Baxış sayı:
8644

 Qətər mərkəzli Al-Jazeera televiziyası Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən Səudiyyə jurnalisti Camal Qaşıqçı haqqında "Camal Qaşıqçı-nın cəsədi haradadır" adlı şok detalların olduğu 53 dəqiqəlik sənədli film yayımlayıb.
 
“Al-Jazeera” araşdırma qrupu tərəfindən ortaya çıxarılan məlumatlarda, cinayət işlənəndən sonra Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ilk telefon danışığının MİT rəhbəri Hakan Fidan ilə vəliəhd şahzadə Məhəmməd bin Salman arasında olduğu, Qaşıqçı-nın öldürüldüyü gün konsulluq binasına 45 kilo ətin sifariş edildiyi dilə gətirilib. Bundan başqa, Türk polisinin əldə etdiyi məlumatlarda ət sifarişinin yandırılan cəsəd parçalarından qalan külləri məhv etmək üçün istifadə edildiyi qeyd edilib. Sənədli filmdə, Türk polisinin bundan başqa, hər nə qədər intensiv təmizləmə işi aparılsa da, konsulun otağında Qaşıqçı-nın qan izlərini tapdığı qeyd olunub.
 
QAŞIQÇI-nın YANDIRILDIĞI TƏNDİR İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ
 
 Sənədli filmdə, ən maraqlı məsələ isə İstanbul Polisinin də diqqət çəkdiyi təndir məsələsidir. Al-Jazeera sənədli filmində, təndirin görüntüləri ilk dəfə göstərilirkən, təndirin 1000 dərəcəyə qədər qızdırıldığı da bəlli olub. Sənədli filmdə, həmçinin təndirin cəsəd parçalandıqdan ən az 3 gün sonra yandırıldığı məlumatını da İstanbul Polisinin əldə etdiyi bildirilib. Səudiyyə rəsmilərinin sobanı yandıran fəhləyə daha əvvəldən təndirin boyu, eni və xüsusiyyətləri haqqında məlumat verərək təndiri qalanması üçün sifariş verib. Al-Jazeera bu məlumatları təndiri yandıran işçiylə apardığı reportajdan sonra əldə edib.
Müxalifət.az