Camal Qaşıqçı-nın ölümündə yeni detal! Səudiyyə Ərəbistanından paltar oyunu

Baxış sayı:
6490

 Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın, konsulluq binasından çıxdığını isbat etmək üçün, içəri girişindən iki saat sonra paltarlarını bir başqa konsulluq nümayəndəsinə geyindirib, ətrafdakı təhlükəsizlik kameralarına iz buraxmaq kimi dəlilləri qaraltmağa çalışdığı ortaya çıxıb.
 
Dünyanın bir çox ölkəsindən Səudiyyə Ərəbistanı rəhbərliyinə siyasət və media üzərindən təzyiqlər artıb, rejimə müxalif jurnalist Camal Qaşıqçı-nın ölümünün üzərindəki duman pərdəsi hələ ki, götürülməyib. ABŞ-ın Səudiyyə Ərəbistanı rəhbərliyinə hadisənin həlli üçün zaman verdiyi ortaya çıxarkən Qaşıqçı-nın konsulluq binasına daxil olduğu andan etibarən konsulluq rəsmilərinin Qaşıqçı-nın vəziyyətinə dair dəlilləri qaraltma üstünlük verdiyi ortaya çıxıb.
Kəşfiyyat mənbələrindən alınan məlumata görə, Qaşıqçı-nın konsulluq binasına daxil olduğu andan etibarən planlı bir sui qəsdə qurban getdiyi ortaya çıxır, çünki xarici təhlükəsizliyi polis tərəfindən təmin olunan binaya Camal Qaşıqçı-nın gəlməsinə dəqiqələr qalmış mavi köynəkli bir konsulluq işçisinin içəridəkiləri xəbərdar etmək üçün gözlədiyi görüntülərdə yer alır.
Bu görüntülərdə Qaşıqçı-nın konsulluq binasına vətəndaşlıq və viza xidmətləri qapısından girdiyi görülərkən iki saat sonra üzərində Qaşıqçı-nın paltarları olan bir konsulluq nümayəndəsinin eyni qapıdan çıxaraq ətrafdakı təhlükəsizlik kameralarına saxta dəlil yaratmaq adına iz qoymağa çalışdığı müəyyənləşdirilib.
 
4 kameraya aid görüntülər araşdırıldı
 
Kəşfiyyat mənbələrindən alınan məlumata görə, ətrafdakı 4 kameraya aid görüntülər təhlil olunmuş, binadan Qaşıqçı-nın geyimləri ilə çıxan şəxsin Qaşıqçı olmadığı müəyyən edilib. Təhlükəsizlik orqanları, istintaq işi çərçivəsində bu adamın kimliyini müəyyən etməyə çalışır.
Dəlilləri neytrallaşdırmağı hədəfləyən bu təşəbbüsdən sonra konsulluq öz kameralarının işləmədiyini bildirdikdən sonra, Türk rəsmilərinin sözügedən dəlil qaraltma təşəbbüsünü Səudiyyənin yuxarı orqanlarına çatdırandan sonra konsulluğun qapıları hadisə yerini araşdırma qruplarına açıldığı ifadə edilir.
Qaşıqçı araşdırmasının 15 nəfərlik sui qəsd qrupundan başqa, birinci dərəcədə şübhəli olan Səudiyyənin baş konsulunun Türkiyəni 16 oktyabrda tərk etməsindən bir gün sonra Baş Konsulluq müşavirinin də Ər-Riyada qayıtdığı rəsmilər tərəfindən ifadə edilib.
Müxalifət.az