Camal Qaşıqçı araşdırmasında 3 fərqli ssenari

Baxış sayı:
4660

Səudiyyə Ərəbistanı, Camal Qaşıqçı-nın səhvən öldüyünü açıqlamağa hazırlaşır. Araşdırma ilə bağlı fərqli ssenarilər üzərində dayanılır.
 
İstanbulun Səudiyyə Ərəbistanı Baş Konsulluğuna giriş edən Camal Qaşıqçı, ortadan yox oldu.
Səudiyyə rəsmilərinin bu vaxta qədər dirənişinə rəğmən Türk rəsmiləri dünən Konsulluğa girərək araşdırma aparıb.
9,5 saat davam edən araşdırmalardan sonra Səudiyyə Ərəbistanın, Camal Qaşıqçının səhvən öldürüldüyünü açıqlamağa hazırlaşdığı gündəmə gəldi.
Bu iddia, Amerikanın CNN televiziyasınındır.
Bəs, səhvən ölüm necə izah oluna bilər.
Daha öncə dünyada gedən qaçırma hadisələrində də oxşar hallar baş verdi.
 
Camal Qaşıqçı araşdırmasında 3 fərqli ssenarilər
 
İlk ssenariyə görə, Camal Qaşıqçını zərərsizləşdirib, Səudiyyə Ərəbistanına aparmaq istəyən şəxslər, verdiyi dərmanın dozasını artıq edib.
Həddindən artıq dozaya görə, Camal Qaşıqçı hadisə yerində həyatını itirib.
Təlaş keçirən Səudiyyə, Camal Qaşıqçını parça parça kəsərək aradan qaldırıb.
İkinci ssenariyə görə, Camal Qaşıqçı, Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra sorğuya alınıb.
Bu zaman tətbiq olunan zorakılığı qaldırmayan Qaşıqçı, ürək tutmasından ölüb.
Cəsədi ortadan qaldırmaq istəyən Səudiyyə, konsulluq vasitəsilə Camal Qaşıqçını Pendikdə kimsəsiz bir yerə basdırıb.
Üzərində dayanılan üçüncü ehtimala görə, Camal Qaşıqçı konsulluqda öldürüldükdən sonra bağa basdırılıb.
Bu ssenari üzərində də dayanmışdır Türk rəsmiləri, Beşiktaş Bələdiyyəsinə aid zibil yük maşınıları konsulluqdan torpaq nümunələri götürüb.
Polis bütün bu detalları araşdırır.
Hadisənin üzərindəki sirr pərdəsinin araşdırmalardan sonra qalxması gözlənilir.
Müxalifət.az