"Çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək” - MSK SƏDRİ

Baxış sayı:
2824

“Namizədlərin əmlakı ilə bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”. 
APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov deyib ki, namizədin əmlak və gəlirlərinin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “MSK çalışır ki, düzəlməsi mümkün olan məsələlərlə bağlı iddiaçının xeyrinə məsələni həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.