Cabir İmanov prezidentin böyük jestindən danışdı

Baxış sayı:
17806

“Planet Parni iz Baku" KVN teatrının üzvü, əməkdar artist Cabir İmanov ötən gün mədəniyyət xadimləri ilə baş tutan görüşlə bağlı prezidentə təşəkkür edib. Muxalifet.az xəbər verir ki, Cabir İmanov İnstaqram hesabında görüşlə bağlı təəssüratlarını bölüşüb: “Ötən gün Heydər Əliyev mərkəzində ölkə başçısı cənab İlham Əliyev və birinci vitse prezident Mehriban xanım Əliyeva bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşərək mədəniyyət sahəsində olan müxtəlif problem və təklifləri dinləyib, onları yerindəcə həll edib. Hər şeyə görə çox sağ olun, hörmətli cənab prezident!” - Cabir İmanov qeyd edib. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə görüşdə özəl telekanallara “Planet Parni iz Baku” qadağasını qaldırmaları ilə bağlı göstəriş verib.