C-4 bomba yüklü avtomobil yaxalandı: TERROR TÖRƏDƏCƏKLƏRDİ

Baxış sayı:
2251

Türkiyədə Malatya Polis İdarəsinin əməkdaşları, Elazığ-Malatya avtomobil yolundakı yoxlama-nəzarət nöqtəsində şübhəli bir avtomobili dayandırıb.
 
28 KİLO C-4 PARTLAYICISI
Axtarış zamanı, maşının yanacaq bakına gizlədilmiş 28 kiloqram C-4 partlayıcı maddə ilə elektrik naqillər ələ keçirilib. Partlayıcının Suriyadan Fəratın şərqində yerləşən PKK/YPG terrorçuları tərəfindən terror partlayışları törətmək üçün göndərildiyi müəyyən olunub.
Maşının sürücüsü A.R. saxlanılıb.
Müxalifət.az