“BƏZİ CƏHƏTLƏRİ VAR, KƏNDDƏ MAL-QARA OĞURLAMIŞDI..” - Tovuzda manyakın öldürdüyü qızcığazın atası potensial qatil haqda

Baxış sayı:
2965

Tovuzda ötən ilin noyabrında oğurlanan və bu ilin yanvarında yandırılmış meyiti tapılan 10 yaşlı  Nərmin Quliyevanın atası Şərif Quliyev qızının qatilinin əslində Altay Ələkbərov adlı kənd sakini olması barədə YouTube-də yayılan səs yazısına münasibət bildirib.

O,  News24.az-a açıqlamasında deyilənlərlə bağlı bunları bildirib: "O səs yazısında adı çəkilən Altay mənim qonşumdur. Videoda onun haqqında deyilən ittihamların doğru olub-olmaması haqda heç nə deyə bilmərəm. Məsələlərdən də xəbərsizəm. Yalnız onu deyə bilərəm ki, o adam bizə yaxın  yaşayır, kənddə usta işləyir. Atası təqaüdçüdür, vaxtilə məktəbdə  mənə dərs deyib. İki il bundan əvvəl Altayla aramızda  problemimiz olub. O adam Kənddə mal-qara oğurlamışdı. Amma onu mənim üstümə atmaq istəyirdi, məni şərləməyə çalışırdı. Düzdür, o söhbətdən sonra biz barışdıq. Münasibətlərimiz də normaldır. Nərminin dəfninə gəlmişdi, hətta uşağın axtarışlarında da bizə kömək edirdi".

Ş.Quliyev onu da qeyd elədi ki, adıçəkilən şəxs evlidir, iki oğlu var: "Onunla təkcə qonşu yox, həm də qohumuq. Yoldaşı mənimlə, həm də həyat yoldaşımla qohumdur. Bəzi cəhətləri var, amma onun qızımın ölümündə əli var, ya yox, onu deyə bilmirəm. İnanın ki, mən də dünəndən şokdayam".