Bəxtiyar Hacıyev saxlanılıb

Gənc fəal Bəxtiyar Hacıyev bir neçə saat öncə saxlanılıb.
 
"Qafqazinfo”nun verdiyi xəbərə görə, B.Hacıyev Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə mübahisə edib və nəticədə onu saxlayaraq Səbail RPİ 9-cu Polis Bölməsinə aparıblar. Hazırda bölmədə saxlanılır.
9-cu PB-dən məlumatı təsdiqləyiblər və araşdırma aparıldığını, yekunda məlumat veriləcəyini bildiriblər.