​Bütün tarixi faktlar bağırır ki, Ukrayna… - Klintseviç

Ukrayna dövlət kimi yalnız Rusiya ilə birgə mövcud ola bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.
“Kiyev əvvəl-axır anlamalıdır ki, Avropada heç kimə lazım deyil. Müəyyən edilmiş şərtlər altında onu burada udacaqlar. Bütün tarixi və geosiyasi faktorlar bağırırlar ki, Ukrayna dövlət kimi yalnız Rusiya ilə birgə olduqda yaşaya bilər”, - deyə o bildirib.