"BÜTÜN SSENARİLƏRDƏ ŞUŞA DÖYÜŞSÜZ TƏSLİM OLMALI İDİ" – Paşinyan Şuşa döyüşləri ilə bağlı miflərin olduğunu deyib

Baxış sayı:
1386

"Şuşa şəhərinə Azərbaycan ordusu daxil olandan sonra Ermənistan ordusu iki dəfə şəhəri geri qaytarmağa cəhd edib. Amma hər iki cəhd uğursuzluqla nəticələnib".

Ermənistanın baş naziri Nikol Paşinyan bu iddiasını İctimai televiziyasındakı çıxışında da təkrarlayıb: “Bəli, Şuşanı itirdik və itirdikdən sonra geri qaytarmaq üçün iki cəhd edildi, ilk cəhd ümumiyyətlə nəticə vermədi, ikinci cəhd zamanı bir qrup Şuşaya girib mövqe tutsa da onlar da həmin mövqelərdə uğur qazana bilmədi və Şuşa getdi”.

Baş nazir Şuşa döyüşləri ilə bağlı bir çox miflərin olduğunu deyib: “Şuşa ilə bağlı bir çox miflər var. Məsələn, yalnız bu günlərdə mənə məlumat verildi ki, Şuşanın yıxıldığını bildiyimiz bir vaxtda hələ də döyüşən 50 nəfərlik bir qrup var. Təbii ki, bu vəziyyətdə bu məlumatı verən şəxsdən, qrupda olanın əlaqələrini, kimin olduğunu soruşdum. Əlbətdə ki, bunu hərbçilərə çatdırdım, çünki bu məlumat başqa bir kanaldan da alındı. Əlavə yoxlamalar zamanı bu şəxsin əslində Xankəndində olduğu ortaya çıxdı. Demək istəyirəm ki, bir çox hallarda yayılan məlumatlar sonda sadəcə təkzib olundu”.

Paşinyan cəbhədəki uğursuzluqlarla bağlı atılan əsas addımlara da toxunub:“Xahiş edirəm siyasi vəzifəmizi düzgün başa düşün. Cəbhədə uğursuzluqlar başlayanda biz sahədə işimizi elə qurmağa çalışırdıq ki, cəbhədəki bu məntiqi ardıcıllığı sındıra bilək. Bu qərar belə bir tapşırığı hazırlamağın mənasız olduğunu başa düşdüyümüz bir vaxtda verildi. Bunu qeyd etməyimizin mənası nə idi? Bu nöqtə Şuşanın itirilməsi idi.

Həm də demək istəyirəm ki, ictimaiyyətimiz bilir: Şuşadan əvvəl müharibəni dayandırmaq üçün mümkün olan bütün ssenarilərdə Şuşa döyüşsüz təslim olmalı idi" -deyə Ermənistanın baş naziri bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin işğal azad olunması ilə bağlı xəbəri noyabrın 8-də elan edib.

Prezident noyabrın 8 -də “Şəhidlər Xiyabanı”nda etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə dəən xoşbəxt günlərimdən biridir...”./Azpolitika.info