Bütün Respublikaçılar NİKOL PAŞİNYANA SƏS VERMƏYƏCƏK – RP-dən YENİ SİYASİ OYUN

Baxış sayı:
4609

Ermənistanın hakim Respublika Partiyasının mətbuat xudmətinin rəhbəri Eduard Şarmazanov Milli Məclisdə jurnalistlərə, bütün fraksiya üzvlərinin "xalqın namizədi" üçün səs verməyəcəyini deyib.
Jurnalistin 8 mayda baş nazirin seçkisi ilə bağlı baş tutacaq parlament səsverməsinəaid suala sualla cavab verin Şarmazanov “Sizə kim dedi ki, bütün Respublikaçı fraksiyanın hamısı “xalqın namizədi”nə səs verəcək”? – deyib.
Onun sözlərinə görə, Paşinyana 53 səs lazımdır və o səslər təmin ediləcək, lakin bu, bütün fraksiyanın Paşinyanın lehinə səs verməsi demək deyil. Bu, əslində, məclisdə yeni bir əksəriyyətin formalaşması ilə bağlı bəyanatdır, ancaq bünyəsindəki çərçivə anlaşılmaz və aydın deyil. Faktiki olaraq, Nikol Paşinyanın lehinə səs verən 53 deputat onun məclis və parlamentdəki dəstəyi olacaqdır. Ancaq bu əksəriyyət baş nazir seçkisində olduğu kimi, seçiləndən sonra onun digər təşəbbüslərini də dəstəkləyəcəklərmi? Bu sual hələlik qeyri müəyyən olaraq qalır.
Qeyd edək ki, bir sıra struktur dəyişiklikləri və seçki qaydalarına düzəlişlər edilməsi üçün 3/5 deputatın dəstəyi tələb olunacaqdır.
Müxalifət.az