"Bütün məhkəmələr korrupsiya içərisindədir, bəsdirin artıq" - Əziz Orucovun məhkəməsi təxirə salındı / VİDEO

Baxış sayı:
691

"Kanal13"-ün şərti azadlığa buraxılan rəhbəri, jurnalist Əziz Orucovun oktyabrın 24-də keçirilən məhkəmə prosesi yenidən təxirə salınıb.
Bu barədə Əziz Orucov sosial şəbəkədə məlumat yayıb. 
"Bu gün Nəsimi Rayon Məhkəməsində 14:00 da kecirilməli olan məhkəməm yenidən 3-cü dəfə təxirə salındı. Səbəb guya o oldu ki, prokuror prosesə gəlməmişdi. Bu, rəzalətdi, özbaşnalıqdı dəhşətli biabırçılıqdı! Mənə qarşı 2 may 2017-ci ildən başlanmış olan və artıq 3-cü ildir davam edən qərəzli və siyasi sifarişli məhkəmə proseslərinin sayı 30-u keçib, amma hələ də tam ədalətli bir dənə də olsun qərar görməmişəm!", - o bildirib.
Jurnalistin növbəti məhkəmə prosesi 5 noyabr, saat 14:30-a təyin olunub.
Muxalifet.az Əziz Orucovun Kanal13-ə müsahibəsini təqdim edir: