Bütün hesablar masada: BU SON ŞANSDIR

Baxış sayı:
6403

Qüdsə qarşı yeni işğal planı və Fələstin xalqına ağır hücumlara qarşı İsrail səfirini qovan Türkiyə, İslam Əməkdaşlıq Təşkilatını (İƏT) sabah İstanbulda toplayacaq. Müsəlman ölkə nümayəndələrinin güclü bir səs çıxarması lazımdır. ABŞ və İsrailin məkanımızı hədəf alma planlarına qarşı bu tədbir bəlkə də son fürsət olacaq.
 
İslam Əməkdaşlıq Təşkilatı, Qəzzadakı qətliamı müzakirə etmək üçün sabah İstanbulda  toplanacaq. Türkiyənin başçılıq etdiyi sammitdə qlobal işğalçılara qarşı qınama mesajlarının arxasında güclü sanksiya qərarlarına imza atılması lazımdır.
İslam dünyası, 30 martdan bu yana aralarında uşaqların, əlillərin və yaşlıların və qadınların da olduğu 100-dən artıq Fələstinlini qətlə yetirən İsrailin soyqırımına qarşı toplanacaq İƏT-dən artıq söz deyil, icraat gözləyir. Təşkilatın yaradılma səbəbi Məscid-i Axsa və Qüdsü qorumaq olan İƏT, sabah yalnız qınamaqla yetinirsə, bununla Yaxın Şərqdəki proseslərə yalnız benzin tökəcək. Səfirliyini Qüdsə köçürən ABŞ və İsrailin birgə apardığı və Yaxın Şərqi oda atacaq böyük tənəzzül layihəsinin qarşısını almaq üçün İƏT görüşü xaosdan əvvəl son çıxış yolu kimi anlam daşıyır. İslam dünyası, Qüdsü Müsəlmanların ləyaqətini və bölgənin gələcəyini xilas edəcək çəkindirici qərarlar qəbul olunmasa, geriyə dönüşün mümkün olmayacağına diqqət çəkir. İƏT, sabah öz gələcəyini də səs verəcək. 13 dekabrda Qüds mövzusunda iclasda iştirak edən İslam ölkələrinin vəhdətinin sabahkı sammitdə də güclü olaraq göstərilməsi gözlənilir. Bu istiqamətdə başda prezident Ərdoğan olmaqla, baş nazir Binalı Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu intensiv diplomatiya sürdürür.
 
O HESABLAR MASADA
 
Sammitdə ABŞ səfirliyini Qüdsə köçürmə qərarından sonra 13 dekabr 2017-ci ildəki fövqəladə sammitdə qəbul olunan qərarlar və bu günə qədər aparılan diplomatik işlərdə gəlinən son mərhələ detallı olaraq qiymətləndiriləcək. Qüdsdəki səfirlik açılışına etiraz edən Fələstinlilərin İsrail əsgərləri tərəfindən qətlə yetirilməsi İƏT üzvləri tərəfindən ağır bir dillə pislənəcək. Səfirliyin açılması ilə ABŞ və İsrailin bölgədəki planlaşdırmaları da ətraflı müzakirə ediləcək.
 
GÜCLÜ QƏRAR VAXTI
 
İsrailin qeyri-insani təcavüzünün ağır bir dillə qınanacağı İƏT sammitində Avropadan aidəyyəti qurumlar, insan haqları və sülhün təsisi üçün çalışan beynəlxalq təşkilatlara da çağırış ediləcək. Ancaq Yaxın Şərqdə baş verən son proseslərə baxanda çox daha güclü qərarlara imza atılması zərurəti qarşıya çıxır. İslam coğrafiyasına qarşı Qərb mənşəli son müdaxilələrlə birlikdə dəyərləndirildikdə mövzu, təkcə Fələstin və Qüds problemi kimi deyil, Müsəlman coğrafiyasına yönələn təhdid kimi qəbul edilir. Fələstin xalqını və xalqın qanuni haqlarını yox sayan bu addımın, regional sülh, təhlükəsizlik və sabitliyə xidmət etməyəcəyi, hətta təhdid olduğu vurğulanır. Bu səbəbdən İƏT sammitində təkcə hadisəni qınamaqla yetinməyib, ortaq sanksiya qərarları atılması gözlənilir. ABŞ və İsrailə qarşı təsirli addımların atılması üçün bu dəfəki sammitə, İƏT-in nüfuzunu xilas etmə üçün son şans kimi baxılır.
Müxalifət.az