​"Bütün günah Əsədi devirmək istəyənlərdədir" – Tehran

Baxış sayı:
11197

Suriyanın indiki vəziyyətə düşməsində bu ölkənin prezidenti Bəşər Əsədi devirmək illuziyalarına qapanan kəslər günahkardırlar.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “Əl-Cəzirə”yə müsahibəsində belə deyib. Onun sözlərinə görə, sırf Əsədi devirmək məqsədilə siyasi nizamlanmaya mane olanlar Suriyanın bu günkü durumunda məsuliyyət daşıyırlar. 
“İran siyasi nizamlanma istəyirdi. Amma onlar imtina etdilər. Və bu gün biz artıq nə edəcəyimizi bilmirik. Suriyada leqitim bir hökuməti və bu hökumətin də BMT-də bir yeri var. İndi Suriyada baş verən özbaşınalıqda İŞİD vasitəsilə həmin hökuməti devirməyə cəhd edənlər günahkardırlar” – Zərif vurğulayıb.