Bütün dünyanı aldatmışlar: İSRAİLİN YALANI ORTAYA ÇIXDI

Baxış sayı:
10156

İsrail orqanları, ABŞ səfirliyinin Qüdsə köçürülməsi münasibətilə keçirilən şənlik mərasiminə 32 ölkənin qatıldığını açıqlamışdı. Bu siyahıda yer alan Nigeriya, Serbiya, Tailand, Peru, Kot D'ivuar, Ukrayna, Vyetnam və Tanzaniya şənliklərdə iştirak etdiyi iddialarını təkzib edərək, İsrailə təpki göstərib.
 
İsrail orqanları, ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün həyata keçirdikləri şənlik tədbirində 32 ölkənin qatıldığını açıqlamışdı.
Nigeriya prezidenti, İsrailin təbrik dəvətinə müsbət cavab vermədiklərini bildirərək, İsrail orqanlarına təpki göstərib.
Bu açıqlamadan sonra Serbiya, Peru, Tailand, Kot D'ivuar, Ukrayna, Vyetnam və Tanzaniya da İsrailin dəvətinin qəbul edilmədiyini açıqlayıb.


 
 Serbiyadan reaksiya: İki dövlətli həlli dəstəkləyirik
 
 İsrail Xarici İşlər Nazirliyinin rəsmi qəbula heç bir Serbiya diplomatının qatılmadığını bildirərək "Serbiya, qarşıdurmaların sona çatması üçün iki dövlətli həlli dəstəkləyir. Qüdsün statusunun dəyişdirilməməsi barədə Birləşmiş Millətlər Təşkilatının qərarlarına hörmət edilməsini gözləyirik" açıqlamasını edib.
 
Nigeriya: Biz dəvətdə iştirak etmədik
 
Nigeriya prezidentinin sözçüsü Bashir Ahmad, Twitter hesabı üzərindən etdiyi açıqlamada, "Nigeriya, ABŞ-ın Qüds səfirliyinin açılışında iştirak etməmişdir" mesajını bölüşüb.
Nigeriyanın Prezident Aparatındakı qaynaqlar, İsrailin ölkələrini siyahıdan çıxarmasını tələb edib.
 
Tailand: Səfirimiz İsraildə belə deyildi
 
Tailandın Xarici İşlər Nazirliyinin sözçüsü Busadee Santipitaks isə, "İsrailin təbrik dəvətində iştirak etmədik. Hətta səfirimiz təntənələr zamanı Tailandda bir iş ziyarəti həyata keçirirdi" deyib.
 
Vyetnam: Səfirimiz hər hansı bir dəvətə qatılmadı
 
Vyetnam orqanları da İsrailin iştirak siyahısında olmasına məna verə bilmədiklərini bildirərək, "Hər Hansı bir Vyetnam təmsilçisi bu dəvətə qatılmadı" açıqlamasını edib.
Müxalifət.az