​Bütün dünya bu VİDEOdan danışır

Baxış sayı:
11440

Perunun Moçe şəhərində baş verən hadisə bütün dünyanın marağına səbəb olub.
Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, internetdə yayılan fotoda 12 yaşlı Viktor Martin dərs tapşırıqlarını küçədə, fənərin altında həll edir. Onun ailəsi o qədər kasıbdır ki, evi elektriklə işıqlandıra bilmirlər. Bu səbəbdən Viktor gün batdıqdan sonra dərslərini küçədə, fənərin altında edir.
Video çarx internetə polis tərəfindən yüklənib. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, Viktoru ötən ayın sonunda, müşahidə kamerasından izləyiblər. Əvvəlcə qanun keşikçiləri şübhələnsələr də, kadrlara diqqətlə baxdıqdan sonra Viktorun fənərin işığı altında dərslərini oxuduğunu görüblər. Yerli mətbuat yeniyetməni və onun ailəsini tapıblar. Məlum olub ki, onların evində elektrik enerjisi xətti heç vaxt olmayıb. Bu səbəbdən qaranlıq düşən kimi ailə şam yandırır. Şam işığı isə dərs oxumaq üçün çox zəif olduğu, şamı da pul ilə aldıqları üçün Viktor dərs oxumaq üçün küçə fənərinin işığından istifadə edib. Bununla belə, Viktor məktəbdə əlaçıdır. O, hər gün qoyunları otarır və bu səbəbdən dərslərini axşama saxlayır.
Moçe şəhər meri video çarxa baxdıqdan sonra ailəyə baş çəkib, elektrik enerji xəttinin çəkilməsinə və elektrik enerjisindən istifadəyə görə ödənişin meriya tərəfindən ödəniləcəyinə söz verib. Moçe şəhər sakinlərinin 5 faizindən çoxu elektrik enerjisi olmayan evlərdə yaşayır.

Bütün dünya bu VİDEOdan danışır