Bütün diqqətlər orada: Tehranda kritik üçlü zirvə

Baxış sayı:
5401

Dünyanın gözü, Astana prosesinin təminatçı ölkələri Türkiyə, Rusiya və İranın bu gün Tehranda keçirəcəyi İdlib zirvəsindədir.
 
Tehrandakı sammitin əsas gündəmi İdlib olacaq. Suriyadakı humanitar yardım işləri ilə konstitusiya komissiyasının yaradılması da müzakirə olunacaq. Terrorla mübarizədə əməkdaşlıq məsələsinin müzakirə olunacağı toplantı ərəfəsində liderlər ikitərəfli görüşlər də keçirəcək. Ərdoğan və Putinin ikitərəfli görüşü Suriya və İdlib mövzusundakı bir çox problemin də həll edilməsi baxımından həlledici əhəmiyyət daşıyır.
 
ANKARA RESEPTİ
 
Ankara, sammit ərəfəsində geniş iş aparıb. Türkiyə toplantıda 3 kritik məsələni müzakirəyə təqdim edəcək:
1- İdlibdə və Suriya daxilində gərginliyi azaltma mühitinin qorunması və Astana prosesinə sadiq qalması.
 2- Suriya rejiminin, İdlibdə mülki həssaslığını heçə sayan hücumlarına son qoyulması.
 3- Diqqətlər İdlibə yönəlmişkən Fəratın şərqindəki Suriyaya aid enerji və su mənbələrinin olduğu bölgəyə yerləşən YPG terror amillərinin yaradacağı risklərin aradan qaldırılması.
 
MƏQSƏD HUMANİTAR BÖHRANIN QARŞISININ ALINMASI
 
Hərbi hərəkatIN keçirildiyi təqdirdə İdlibdə yaşayan milyonlarla insanın bir fəlakətlə qarşı-qarşıya qalacağını və regionu tərk edəcəyini və bundan ən çox Türkiyə ziyan görəcəyini bir daha gündəmə gətirəcək olan Ankara, İdlibdə yaradılacaq bir humanitar böhranın qarşısının alınması üçün tədbir görülməsini da istəyəcək.
 
PUTİN-ƏRDOĞAN GÖRÜŞÜ HƏLL EDƏCƏK
 
Suriyada yarım milyon insanın ölümünə, ən az 13 milyon insanın evsiz qalmasına səbəb olan vətəndaş müharibəsinin son pərdəsi kimi səciyyələndirilən və böyük humanitar fəlakətlərə yol açmasından narahatlıq yaradan İdlib əməliyyatı üçün dünya Tehranda keçiriləcək üçtərəfli sammitə köklənib. İran prezidenti Ruhaninin ev sahibliyi etdiyi zirvədə Türkiyə prezidenti Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin iştirak edir. Üç liderin birlikdə bir görüş keçirməsi və bu görüşdə alınacaq qərarların həyata keçirilməsinə yönəlmiş detalların isə heyətlər arasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Müxalifət.az