Bütün diqqətlər İdlibdəykən İsrail döyüş təyyarələri da haradan çıxdı?

Baxış sayı:
6400

İdlib əsas gündəm maddəsidir, çünki çox həyati bir məsələdir. Ancaq gözlər İdlibdəykən Suriyanın başqa yerlərində çox maraqlı hadisələr baş verir.
 
Taha Dağlı / Haber7
 
İsrail bazar günü Dəməşqdə Mezze hərbi bazasını bombalamışdı.
 O stansiyanın İranlılar tərəfindən istifadə edildiyi bilinir.
Əvvəlki gecə isə bu dəfə Xama və Tartusda yenə İrana aid iki ayrı nöqtə vuruldu.
 Üstəlik, İsrail döyüş təyyarələrinin bombaladığı İran qərargahları, Rusların Himeymimdeki əsas bazalarına çox yaxın bir regionda yerləşir.
 Yəni İsrail döyüş təyyarələri Livan məkanından istifadə edib, Suriyaya girir, Rusların burnunun dibindəki İran yerləşən mövqelərini bombalayıb, geri qayıdır.
Suriyadakı İsrail bombardmanları son günlərdə intensivləşdi.
İsrail ordusu 1 ildə Suriyada 200-dən artıq İran hədəfi vurduqlarını açıqlayıb.
 Suriyada vətəndaş müharibəsi prosesi 2011-də başlamışdı.
 İsrail 2012-ci il etibarilə də Suriyada Hizbullah və İranı hədəf alan 300-dən artıq hava hücumuna imza atdı.
 
İSRAİL: "ƏSƏD QALSIN, İRAN GETSİN" DEYİR
 
İsrailə görə, Suriyada hədəf öncə İran və Hizbullahdır. Əsəd rejiminin davamından yanadırlar. Burada onlar üçün bir çətinlik yoxdur.
 Keçmişdə Əsədlə böhran yaşayır kimi olsalar da bu gün üçün İsrailin mövqeyi çox dəqiqdir, "Əsəd qalsın, amma İran Suriyadan getsin" istəyirlər.
 
SƏBİRƏ ŞATİLLA SOYQIRIMINDA İSRAİL-ƏSƏD ƏMƏKDAŞLIĞI
 
İsrail Bəşərdən əvvəl atası Hafiz Əsədlə də problem yaşamış kimi davransalar da, əslində, bir birilərini çox yaxşı başa düşürdülər.
 İsrail, 1982-də Livanda Səbirə Şatillada Fələstinliləri qətlə yetirərkən, Hafiz Əsədin əsgərləri də yaxında idi. Amma o qətliama Suriya cəbhəsindən səs çıxaran olmadı.
 
GOLANDA İSRAİL-ƏSƏD ƏMƏKDAŞLIĞI
 
Yenə eyni illərdə Holan İsrail tərəfindən işğal edilib.
 Bu gün hələ də işğal altında saxlanılır.
 Ancaq Ərəb dünyasının ümumi qənaəti bunun bir işğal olmadığı istiqamətindədir. Əksinə, Hafiz Əsədin Golanı İsrailə özü verdiyini düşünənlərin sayı xeyli çoxdur.
Bu gün İsrail Suriyanı bombalayır, daha doğrusu, İranlıları bombalayır.
 Baxmayaraq ki, İran tərəfində bir dəfə istisna olmaqla, itki demək olar ki, olmur.
 
İSRAİLİN ƏSL DƏRDİ KUNEYTRA İLƏ DERADIR
 
İsrail Golanın şimalında Dəraa və Kuneytra bölgələrini də istəyir.
 Kuneytra su mənbəyi kimi İsrail üçün çox əhəmiyyətlidir.
 Bu bölgələri qısa müddət öncə rejim qüvvələri əməliyyat keçirib və müxalifətçilərdən təmizlədi.
 İsrail isə Kuneytra və Derada İran izi istəmir.
 Bu bölgələri Golanla birləşdirib, İsrailin şimalındakı Druz əhalisini bu yerlərə yerləşdirmək istəyir.
 
İSRAİLDƏN ƏL-QAİDƏ ETİRAFI
 
Bütün bunlar olarkən İsrail ordusundan üst səviyyə bir əməkdaş Əl-Qaidə ilə əməkdaşlıq etdiklərini etiraf edib.
İsrail daha əvvəl də İran və Hizbullaha qarşı döyüşdükləri və bu səbəblə də Suriyadakı Əl-Qaidə çıxıntılı terrorçulara yardım etmişdi.
 Bu dəfə İsrailli üst səviyyə hərbi səlahiyyətli, Əl-Qaidə çıxıntılarına silah və sursat yardımı etdiklərini açıqlayıb. “Jerusalem Post” qəzetində nəşr olunan bu xəbər qısa müddət sonra nəşrdən qaldırıldı.
 
 İRAN CƏBHƏSİNDƏ QIRILMA OLA BİLƏRMİ?
 
 İran Obama dövründə çox gücləndi. İraq, Livan, Yəmən və Suriyada aktiv hala gəldi.
 Bu vəziyyət İran xalqı tərəfindən də təpki görür. İranlılar dekabr ayında iqtisadi böhran səbəbilə küçəyə töküləndə "bizə nə, Suriyadan, Yəməndən" deyə, bu ölkələrə edilən yardıma təpki göstərmişdi.
 
İRAQLI ŞİƏLƏR DƏ İRANA TƏPKİLİDİR
 
 İranın işğalçılıq siyasətinə təpki yalnız İran daxili ilə məhdud deyil. İraqda son günlərdə Şiələr, İran siyasəti üzündən öz hökumətlərinə qarşı ayağa qalxdı.
 
İRAN SURİYADAN ÇƏKİLƏ BİLƏRMİ?
 
 İran hegemoniyasının narahatlıq doğurduğu bir həqiqətdir.
 Bu rahatsızlıq İrana qarşı sərt bir zərbə olaraq əks oluna bilər.
 Ancaq bu gerçəkdir ki, İrana "artıq kifayətdir, bu qədəri artıqdır" mesajı verilir.
 Bu gün Əsəd "get" desə də, İran heç vaxt Suriyadan çəkilməz.
 İsrail bombardman etsə də, İrana qarşı ölümcül bir zərbə vurmaz, ya da dəyməz.
 Bəlli ki, İsrailin təhlükəsizliyi üçün Suriyanın cənubunda İsrail adına bəzi demoqrafik dəyişiklikləri gündəmə gələ bilər. Buna qarşılıq İran da Suriyadakı fəaliyyətini İsraili narahat etməyəcək şəkildə İsraildən uzaq bölgələrdə təzələyə bilər.
Tərcümə etdi: Müxalifət.az